Xoşbəxt və parlaq gələcək üçün güclü təməl.

Məktəbəqədərdən tam orta təhsilədək təhlükəsiz mühitdə hər şagirdə fərdi yanaşır, beynəlxalq proqramlar əsasında onun akademik və hərtərəfli inkişafını dəstəkləyirik.

Cambridge Beynəlxalq Proqramı

Dünya standartlarına uyğun kurikulum və beynəlxalq qiymətləndirmə sistemi.

Facebook Instagram YouTube

XXI Əsr Məktəbində təhsilə yanaşma

Təhlükəsiz və dəstəkləyici mühit

Şagirdlərin özlərini rahat və güvəndə hiss etdikləri, psixoloji və sosial baxımdan dəstəkləndikləri məktəb mühiti.

Ətraflı →

Özünəməxsus təhsil modeli

Beynəlxalq proqramlara əsaslanan və şagirdlərin akademik inkişafını prioritet sayan təhsil yanaşması.

Ətraflı →

Fərdi yanaşma

Hər şagirdin öyrənmə ehtiyacları və inkişaf tempinə uyğun təşkil olunan fərdi dəstək mühiti. Siniflərdə maksimum 18 şagird.

Ətraflı →

Hərtərəfli inkişaf imkanları

Dərsdaxili və dərsdənkənar fəaliyyətləri birləşdirən inkişaf proqramı. "Leader in Me" yanaşması əsasında liderlik mədəniyyəti.

Ətraflı →
2001 — 2026

25 il birlikdə, xoşbəxt gələcəyə gedən yolda.

2001-ci ildə qurulan XXI Əsr Məktəbi ötən 25 il ərzində minlərlə şagirdin inkişaf yoluna şahidlik edib. Bu illər ərzində məktəb yalnız təhsil verən bir məkan deyil, dəyərlər formalaşdıran, şəxsiyyət yetişdirən və gələcəyə inam aşılayan bir icma olub.

Beynəlxalq proqramlara əsaslanan təhsil yanaşması, təhlükəsiz və dəstəkləyici mühit, müəllim və valideyn əməkdaşlığı ilə qurulan məktəb mədəniyyəti bu yolun əsas dayaqlarıdır.

25 il təcrübə
1000+ məzun
18 şagird — hər sinifdə

Canlı məktəb həyatı

Şagirdlərin akademik, fiziki və sosial inkişafını dəstəkləyən təhlükəsiz kampus mühiti.

Hər şagird bir hekayədir.

XXI Əsr məktəbində hər şagird öz inkişaf yolunu tapır. Bu hekayələrin hər biri məktəbin canlı ruhunu yaradır.

"Burada özümə inam qazandım."
Hekayəni izləyin →
"Bu məktəb mənə istiqamət verdi."
Hekayəni izləyin →
"Burada övladımızın inkişafını görürük."
Hekayəni izləyin →

Xəbərlər və yeniliklər

Akademik nailiyyətlər, tədbirlər və məktəb həyatından yeniliklərlə tanış olun.

Qəbul prosesi

Övladınızın xoşbəxt və uğurlu gələcəyə aparan təhsil mühitinə qoşulması üçün qeydiyyat prosesini 4 addımda tamamlayın.

Müraciət

Onlayn müraciət formasını dolduraraq və ya Qəbul şöbəsi ilə əlaqə saxlayaraq ilkin qeydiyyat prosesinə başlayın.

Məlumatlandırma

Canlı və ya virtual görüşdə məktəbin tədris proqramı, infrastrukturu və təhsil sistemi haqqında ətraflı məlumat əldə edin.

İmtahan

Övladınızın akademik səviyyəsinin qiymətləndirilməsi üçün qəbul imtahanı və ya diaqnostik qiymətləndirmə mərhələsində iştirak edin.

Qeydiyyat

Lazımi sənədləri təqdim edib müqaviləni imzalayaraq qeydiyyatı tamamlayın və övladınızın inkişaf yoluna bizimlə başlayın.

Övladınızın uğurlu gələcəyi üçün ilk addımı bu gün atın

Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.

+994 12 000 00 00 info@21school.az Bakı, Azərbaycan