Facebook Instagram YouTube

Məzunlarımızın uğur hekayələri

Əziz məzunlar!

Bildiyiniz kimi, bu il Mərkəzimizin yaranmasından artıq 20 il ötür. Bu münasibətlə biz, siz məzunlarımızın “Uğur Hekayəsi”ni dinləmək istəyir, keçdiyiniz yolu, bu yolda qazandığınız təcrübələri bizimlə bölüşməyinizi xahiş edirik.

Harda olmağınızdan, hansı peşəyə yiyələnməyinizdən asılı olmayaraq məktəbin həyatınızda oynadığı rolu, sinif yoldaşlarınız, müəllimlərinizlə yaşadığınız yadda qalan xatirələri bizlərlə paylaşmağınız bizim üçün çox xoş olardı.

Bunun üçün sadəcə aşağıdakı məlumatları daxil etməyiniz kifayətdir.

Dəstəyiniz və hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkür edirik!

MEZUNLAR_FORM

Aşağıdakı suallardan istədiyinizi cavablandıraraq hekayənizi bizimlə bölüşə bilərsiniz.

1.   Məktəbi bitirdikdən sonra həyatınızı necə davam etdiniz, hansı peşəyə yönəldiniz və bu yolda məktəbdə qazandığınız bilik və bacarıqlar sizə necə kömək etdi?

2.   21-ci əsr məktəbinin məzunu olmaqdan qurur hissi keçirirsinizmi? Keçirirsinizsə bunun səbəbi nədir?

3.   Öz təcrübələrinizə əsaslanaraq məktəbimizin şagirdlərinə nə kimi məsləhət vermək istərdiniz?

4.   Məktəb illəri ilə bağlı ən yaddaqalan xatirənizi bizimlə bölüşə bilərsinizmi?


2001 — 2026

25 il birlikdə, xoşbəxt gələcəyə gedən yolda.

2001-ci ildə qurulan XXI Əsr Məktəbi ötən 25 il ərzində minlərlə şagirdin inkişaf yoluna şahidlik edib. Bu illər ərzində məktəb yalnız təhsil verən bir məkan deyil, dəyərlər formalaşdıran, şəxsiyyət yetişdirən və gələcəyə inam aşılayan bir icma olub.

Beynəlxalq proqramlara əsaslanan təhsil yanaşması, təhlükəsiz və dəstəkləyici mühit, müəllim və valideyn əməkdaşlığı ilə qurulan məktəb mədəniyyəti bu yolun əsas dayaqlarıdır.

25 il təcrübə
1000+ məzun
18 şagird — hər sinifdə

Övladınızın uğurlu gələcəyi üçün ilk addımı bu gün atın

Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.

+994 12 000 00 00 info@21school.az Bakı, Azərbaycan