Facebook Instagram YouTube

Məktəb həyatı

Mərkəzdə şagirdlərin məktəb həyatı onların hərtərəfli inkişafı üçün xüsusi təşkil olunmuşdur. Şagirdlərimiz dərs ili ərzində müxtəlif dərnəklərdə yeni bacarıqlar qazanır, dram və musiqi proqramlarında rollar ifa edir, nəzəri biliklərini praktiki layihələrə çevirir, müxtəlif mövzulu tədbirlər təşkil edir və idman fəaliyyətləri ilə məşğul olurlar. Bir sözlə, şagirdlərimizin məktəb həyatı rənagarəng keçir və onlar gələcəyə əmin addımlarla irəliləyirlər.

2001 — 2026

25 il birlikdə, xoşbəxt gələcəyə gedən yolda.

2001-ci ildə qurulan XXI Əsr Məktəbi ötən 25 il ərzində minlərlə şagirdin inkişaf yoluna şahidlik edib. Bu illər ərzində məktəb yalnız təhsil verən bir məkan deyil, dəyərlər formalaşdıran, şəxsiyyət yetişdirən və gələcəyə inam aşılayan bir icma olub.

Beynəlxalq proqramlara əsaslanan təhsil yanaşması, təhlükəsiz və dəstəkləyici mühit, müəllim və valideyn əməkdaşlığı ilə qurulan məktəb mədəniyyəti bu yolun əsas dayaqlarıdır.

25 il təcrübə
1000+ məzun
18 şagird — hər sinifdə

Övladınızın uğurlu gələcəyi üçün ilk addımı bu gün atın

Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.

+994 12 000 00 00 info@21school.az Bakı, Azərbaycan